İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın atası ögey qızından ikinci övladı olduğunu etiraf etdi

1110 15.07.2022 20:43 Şou-biznes A A

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın atası Errol Mask "The Sun"a açıqlamasında dörd yaşından böyütdüyü ögey qızı Yana Bezuidenhoutdan ikinci övladı var.

Axşam.az xəbər verir ki, 76 yaşlı Errol 35 yaşlı Yana ilə beş il bundan əvvəl münasibətə başlayıb. Erol üç il əvvəl bu münasibətdən bir qızının da olduğunu deyib. Bundan başqa, onların 2018-ci ildə Raşi ləqəbli Elliot Raş adlı oğlu olduğu ortaya çıxıb. Erol bildirib ki, ikinci övladı planlaşdırılmamış dünyaya gəlib:

"Onun "DNT"sini yoxlamamışam. Amma o, digər qızlarıma çox oxşayır. O, planlaşdırılmamışdı, amma biz birlikdə yaşayırdıq. Yana Raşi anadan olandan sonra təxminən 18 ay burada qaldı".

Erol həmçinin onu da qeyd edib ki, o, artıq ögey qızı ilə ayrılıb. Səbəb kimi isə yaş fərqinin (41 yaş) böyük olmasını göstərib.

"Yer üzündə yaşamağımızın yeganə səbəbi çoxalmaqdır. Başqa övladımın olması mümkün olsaydı, imtina eməzdim. Bunun üçün heç bir səbəb görmürəm. Çünki düşünsəydim, nə İlon, nə də Kimbal mövcud olardı" deyə, Maskın atası övladlarının olmasından peşman olmadığını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR