İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maska"nın qalibi olan "Canavar" kimdir? - VİDEO

1883 05.02.2024 12:12 Şou-biznes A A

Ötən gecə “İctimai TV”də yayımlanan “Maska” şousunun finalı keçirilib.

Musavat.com xəbər verir ki, auditoriya bu dəfə “Alov” obrazında olan iştirakçının maskasının açılmasını istəyib. “Alov” obrazını oynayan iştirakçının müğənni Nadir Rüstəmli olduğu ortaya çıxıb.

“Alov”dan sonra auditoriya “Qorilla” obrazında olan iştirakçının maskasının açılmasını istəyib. Sonda “Qorilla” obrazını oynayanın Xalq artisti Miri Yusif olduğu ortaya çıxıb.

“Canavar” və “Cırtdan” super finala keçib.

Final axşamında auditoriya “Cırtdan” obrazında olan iştirakçının da maskasının açılmasını istəyib və nəticədə “Cırtdan” obrazını oynayanın müğənni Eldar Qasımov olduğu ortaya çıxıb.

Şounun qalibi “Canavar” obrazını canlandıran iştirakçı - müğənni Dilarə Kazımova mükafata layiq görülüb...

Qeyd edək ki, şouda dedektivlər kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

Əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq Azərbaycan teleməkanında lisenziya əsasında İTV-də yayımlanıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR