İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask: “Vaşinqtonun miqrantlara münasibəti dəyişməsə, ABŞ çökəcək”

569 16.03.2024 12:32 Dünya A A

Amerikalı iş adamı İlon Mask Vaşinqtonun immiqrasiya siyasətini dəyişmədiyi təqdirdə ABŞ-ın sona çatacağını düşünür.

Mask X sosial şəbəkəsinin istifadəçilərindən birinin şərhi ilə razı olduğunu bildirib: “Əgər hadisələrin bu cür inkişafı daha dörd il davam etsə, Amerika məhv olacaq”, - mesajda deyilir.

Daha əvvəl Mask bildirmişdi ki, Amerikanın hazırkı administrasiyasının miqrasiya siyasəti ABŞ-ı dünyanın hər yerindən gələn ən təhlükəli cinayətkarlar üçün sığınacaqa çevirib.

Qeyd edək ki, əsasən Cənubi Amerikanın kasıb ölkələrindən “yaxşı həyat” axtarışı ilə gələn miqrantlar kütləvi şəkildə Meksika sərhədindən ABŞ ərazisinə daxil olur. Onların arasında çox sayda narkotik maddə alverçilərinin, öz güzəranını qeyri-leqal işlərlə təmin etmək istəyənlərin olduğu bildirilir.

Son illərdə İlon Maskın rəğbət bəslədiyi respublikaçılar əzəli rəqibləri olan demokratları bu faktor üzərindən vururlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR