İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda kişi hamilə həyat yoldaşını döyüb - FOTO

676 06.11.2022 18:53 Hadisə A A

Masallıda kişi hamilə həyat yoldaşı və onun qızına qarşı fiziki zorakılıq törədib.

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb.

Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçiriliblər. 17 həftəlik hamilə olmağına baxmayaraq, qadın bu günə qədər ilk dəfə müayinədən keçib. Onun yenidən qız anası olacağı məlum olub. 13 yaşlı qızının müayinəsi zamanı isə həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələniblər.

K.Ağazadə qeyd edib ki, hər ikisi sabah tibbi ekspertizadan keçiriləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR