İnsanlara hürriyət, millətlərə istiqlal!

Marukyandan Soçi görüşü barədə MARAQLI AÇIQLAMA: “Ermənistan son ana qədər təkid etdi”

2196 01.11.2022 17:30 Region A A

Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü ilə bağlı maraqlı açıqlama verib.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, o bu barədə yerli “civilnet.am” saytına müsahibəsində danışıb.

“Ermənistan sona qədər sənəddə “Dağlıq Qarabağ” ifadəsinin salınmasında israr etdi, lakin Azərbaycan bununla razılaşmadı”, - Marukyan “bəyanatda Dağlıq Qarabağa dair heç bir qeydin olmadığı” ilə bağlı tənqidlərə bu sözlərlə münasibət bildirib.

Bununla bərabər erməni siyasətçi bəyanatda Praqada razılaşmaların təsdiqləndiyi ilə bağlı müddəanı erməni tərəfinin nailiyyəti adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR