İnsanlara hürriyət, millətlərə istiqlal!

Markov: “Azərbaycanın antiterror tədbirləri vəziyyətin nizamlanması ilə nəticələnib”

543 20.09.2023 18:05 Siyasət A A

“Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri vəziyyətin nizamlanmasına və sabitləşməsinə gətirib çıxarıb. Yəni Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyi bərqərar olacaq və Azərbaycanın konstitusiya quruluşu bərpa ediləcək".

Musavat.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O qeyd edib ki, Azərbaycan ordusu Ermənistan ordusundan daha güclüdür:

“Rusiyada hər kəs döyüşlərin uzun sürməyəcəyini, Azərbaycan ordusu daha güclü olduğu üçün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tamamilə məğlub olacağını gözləyirdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR