İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova Solovyovu müdafiə etdi: Kreml təbliğatçısının qalmaqalına rəsmi reaksiya VİDEO

1418 16.01.2026 09:27 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariyə Zaxarova Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyov ətrafında yaranmış qalmaqalla bağlı mövqe açıqlayıb.

Musavat.com xəbər verir ki, XİN-də keçirilən brifinqdə çıxış edən Zaxarova bildirib ki, Solovyovun Ermənistan və Mərkəzi Asiya ölkələri ilə bağlı səsləndirdiyi fikirlər “kontekstdən çıxarılıb” və yanlış təqdim olunub. Onun sözlərinə görə, söhbət jurnalistin şəxsi mövqeyindən gedir və bu fikirlər dövlətin rəsmi siyasətini əks etdirmir.

Zaxarova vurğulayıb ki, Solovyov çıxışını dövlət kanallarında deyil, Solovyov LIVE adlı özəl televiziya platformasında səsləndirib. Rəsmi nümayəndənin fikrincə, bu amil də yayılan açıqlamaların Rusiya dövlətinin mövqeyi kimi qələmə verilməsinin yanlış olduğunu göstərir.

Xatırladaq ki, Vladimir Solovyovun son çıxışı region ölkələrində, xüsusən də Ermənistan və Mərkəzi Asiya respublikalarında ciddi narazılıq doğurmuş, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olmuşdu. Bir çox şərhçilər bu açıqlamaları açıq təhqir və imperialist ritorikanın davamı kimi qiymətləndirmişdi.

Rusiya XİN-in rəsmi nümayəndəsinin Solovyovu açıq şəkildə müdafiə etməsi isə Moskvanın bu cür ritorikaya münasibətdə sərgilədiyi ikiüzlü mövqeni bir daha gündəmə gətirib. Zaxarovanın açıqlaması faktiki olaraq Kremlin təbliğat maşınının əsas simalarından birinə siyasi sipər rolunu oynayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR