İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqsud Mahmudovun keçmiş arvadı məhkəmədə ifadə verib

1401 18.04.2022 15:43 Kriminal A A

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səhər Abbasova ifadə verib.

O bildirib ki, Maqsudun borcları olduğuna görə Parlament prospektində yaşadıqları evi satıblar:

"Sumqayıtda yerləşən Las Veqas restoranını da satdıq. Maqsudun borcları çox idi.

Onun bahalı qabları var idi, trenajor avadanlıqları var idi, onları borc yiyələrinə verdi.

Nəsimi rayonu Alı Mustafayev küçəsində obyektinin olmasından xəbərim yox idi. İki qarajı olub. Badamdarda 12 sot torpaq mənim adımda idi".

Məhkəmə iclası davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR