İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE İran əleyhinə qətnamə qəbul edib

444 05.06.2024 23:55 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 35 ölkədən ibarət Rəhbərlər Şurası bu gün qətnamə qəbul edərək, İranı təşkilatla əməkdaşlığı gücləndirməyə və yüksək səviyyəli müfəttişlərə qoyulmuş son qadağanı ləğv etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Reuters diplomatik mənbələrə istinadən məlumat yayıb.

Böyük Britaniya, Fransa və Almaniyanın təklif etdiyi qətnamə 20 ölkənin dəstəyi, ikisi əleyhinə, 12-si bitərəf olmaqla qəbul edilib.
Bundan əvvəl İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (MAQATE) bəzi üzv ölkələrin öz siyasi məqsədləri üçün istifadə etməsi BMT-nin nüvə nəzarətinə mütləq zərər verəcək.

Bu gün Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə danışan Kani qeyd edib ki, MAQATE texniki bir qurumdur və bütün ölkələrin, o cümlədən MAQATE Rəhbərlər Şurasının üzvü olan ölkələrin agentliyin texniki yanaşması əsasında hərəkət etməsi gözlənilir: “Bəzi üzv ölkələrin öz siyasi məqsədlərinə çatmaq üçün agentliyin potensialından istifadə etməkdə qeyri-konstruktiv yanaşması, şübhəsiz ki, agentliyin kimliyinə, həmçinin onun roluna və ixtisaslaşdırılmış roluna xələl gətirəcək”.

Baqeri Kani həmçinin deyib: “İran həmişə müxtəlif ölkələrə tövsiyə edib ki, agentliyin texniki və ixtisaslaşdırılmış rolunu davam etdirməsinə icazə versinlər və buranı öz siyasi motivlərinin axtarışı yerinə çevirməsinlər”.

İran dünən MAQATE-nin baş direktoru Rafael Qrossinin Rəhbərlər Şurasına təqdim etdiyi son hesabatlarla bağlı MAQATE-yə nota təqdim edərək, agentliyi ölkənin nüvə fəaliyyətləri ilə bağlı hesabatlarında qərəzsizliyə çağırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR