İnsanlara hürriyət, millətlərə istiqlal!

Manukyandan həbsdə olan Tonoyana: “Öz işinlə məşğul ol!”

1089 01.08.2023 21:00 Son xəbər A A

“Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan müxalifətin hansı formatda işləyəcəyini və hansı məsələlərdə öz fikrini bildirəcəyini müəyyən edə bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü, eyni adlı fraksiyanın deputatı, daşnak Geqam Manukyan yazıb.

“Bizim II Qarabağ müharibəsinin nəticələrini araşdıran komissiya ilə bağlı mövqeyimiz sistemli olub və nə konkret şəxs, nə kiminsə ifadəsi, nə də məlumat əldə etmək zərurəti ilə müəyyən edilib. Bu komissiyanın işi yalnız məğlubiyyətin səbəbini və hərbi-siyasi idarəçiliyin uğursuzluqlarını gizlətməyə yönəlib. David Tonoyan isə bu vaxta qədər Nikol Paşinyanla bağlı dəqiq mövqeyini açıqlamayıb”, - deyə Manukyan bildirib.

Xatırladaq ki, bu gün 44 günlük müharibənin şərtlərinin araşdırılması üzrə komissiyanın iclası zamanı Tonoyan müxalifətdən “Daşnaksütyun” və Ermənistan Respublika Partiyasının nümayəndələrinin gəlməsini istəyib.

“Əks halda mən bu partiyaların nümayəndələrindən xahiş edərdim ki, heç olmasa, mənim fəaliyyətimlə bağlı məsələlərdə hər yerdə ağızlarına gələni danışmasınlar”, - deyə Tonoyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR