İnsanlara hürriyət, millətlərə istiqlal!

Mansur Yavaşın əsas rəqibi - AKP onu seçdi FOTO

1181 07.01.2024 13:58 Siyasət A A

Türkiyədə martın 31-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə Ankara və İstanbul namizədlərinin kim olacağı uzun müddətdir maraq doğursa da, hakim Ədalət və İnkişaf Partiyasında (AKP)  gözlənilən proses nəhayət tamamlanıb. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn bələdiyyə seçkilərində 12-si böyük şəhər olmaqla 28 bələdiyyə başçı namizədinin adını açıqlayacaq.

İdialara görə, Turqut Altınok hakim partiyadan Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə namizəd olub.

1080xauto (1).jpg (93 KB)

Qərar yekunlaşarsa, Altınok seçkilərdə CHP-nin namizədi Mansur Yavaşa rəqib olacaq.

Məlumata görə, T.Altınokun gecə saat 03:00-dakı paylaşımı diqqət çəkib.

728xauto (1).jpg (79 KB)

Qeyd edək ki, Turqut Altınok 1962-ci ildə Ankaranın Bala rayonunda anadan olub. Ali təhsilini beynəlxalq hüquq sahəsində başa vuran Altınok Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə görə «VEKTOR» Beynəlxalq Elm Mərkəzi tərəfindən “Fəxri Doktor” adına layiq görülüb.

Əsas peşəsi hüquqşünas olan Altınokun siyasi həyatı Ülkü Ocaklarında başlayıb. O, 1994-cü ildə keçirilən bələdiyyə seçkilərdə MHP-dən, 1999-cu ildə Fəzilət Partiyasından, 2019-cu ildə isə AKP-dən Keçiören Bələdiyyə Başçısı seçilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR