İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”də sərt cəza: Buraxılan hər qola görə futbolçular “jim” edir - VİDEO

445 12.07.2022 19:00 İdman A A

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçuları bu gün “Liverpul” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl bazar ertəsi Banqkokda mətbuata açıq məşq ediblər.

Görüntülərə əsasən, Erik ten Haq öz oyunçuları üçün xüsusi cəza sistemi tətbiq edib - niderlandlı məşqçi ikitərəfli oyunda komandaları məğlub olduğu təqdirdə, oyunçularını “jim” etməyə məcbur edib. Həmçinin, “jim” hərəkətləri hər dəfə qol buraxdıqda edilib. 

52 yaşlı mütəxəssis Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra illərlə yaşanan uğursuzluqlardan sonra klubun nizam-intizam standartlarını tədricən yüksəltməyə niyyətlidir.

Məşqdən yayılan kadrlardan görünür ki, “Mançester Yunayted”in futbolçuları təlimatlara itaətkarlıqla əməl edirlər. 

Mənbə: Sports.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR