İnsanlara hürriyət, millətlərə istiqlal!

Manaf Ağayevin oğlu həbs edildi - SON DƏQİQƏ, YENİLƏNDİ FOTO

3707 13.03.2023 20:58 Hadisə A A

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, Müşviq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.

"Avtomobil saxlanılandan sonra onun spirtli içki təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşviq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşviq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunub baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə protokolu təmin edib və Müşviq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb".

***

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq inzibati həbs tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR