İnsanlara hürriyət, millətlərə istiqlal!

Maltanın keçmiş baş naziri: Bizə Çinin təsiri Aİ-dən daha çoxdur

478 16.03.2024 12:18 Dünya A A

Maltanın keçmiş baş naziri Cozep Muskat bölgədə Çinin Avropa İttifaqından (Aİ) daha çox təsiri olduğunu bildirib.

"Report" xəbər verir ki, bunu Maltanın keçmiş baş naziri Cozep Muskat (Joseph Muscat) XI Qlobal Bakı Forumu çərçivəsində “Regional Perspektivlər: Aİ və Qonşuları” mövzusunda panel müzakirələrində deyib.

Keçmiş baş nazir qeyd edib ki, Balkanlarda vahid telekom şirkətinin fəaliyyəttə başlaması məqsədəuyğun olardı.

O bildirib ki, bu həmin ölkələrin Avropa İttifaqına (Aİ) üzvlüyə qəbuluna da kömək edə bilər: "Biz artıq səylərimizi birləşdirməliyik. Bu, yaxşı nəticə verə bilər. Beləliklə, Aİ-yə inteqrasiya asanlaşa bilər".

Siyasətçi söyləyib ki, bu məsələdə Aİ də fəallıq göstərməlidir: "Bizə Çinin təsiri daha çoxdur, nəinki Aİ- nin".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR