İnsanlara hürriyət, millətlərə istiqlal!

“Makronla Priqojinin Azərbaycan planı”nda SENSASİON DETAL

2524 27.06.2023 21:23 Son xəbər A A

“Qafqazda Rusiyanın tam zəifləməsi fonunda Amerikanın öz missiyasını gücləndirməsi və ən azından Arazdəyəndə belə bir cəhdə əl atması Fransanın reaksiyası ilə üzləşə bilər. Amma nəzərə almaq lazımdır ki, Fransa Avropa İttifaqının müşahidəçi missiyası adı altında bölgədə Rusiya varlığını minimallaşdırmaq istəyir. Bu baxımdan Fransanın “Vaqner”lə hər hansı bir anlaşması uyğun forma deyil”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg (273 KB)

O bildirib ki, əks reaksiyada Türkiyə, Azərbaycan var: “Fransa ciddi reaksiya ilə üzləşə bilər”.

Siyasi şərhçi eyni zamanda vurğulayıb ki, Almaniya nəşrinin “Vaqner” barədə yazması kifayət qədər ciddi məqamdır:

“Çünki almanlar fransızlarla mübarizədədirlər. Ola bilsin ki, kəşfiyyat məlumatlarına malik olublar.

O da mümkündür ki, Ukraynada hansısa güzəşt müqabilində “Vaqner” Fransa üçün haradasa çalışa bilər. Nəzərə almaq lazımdır ki, Fransa - “Vaqner” əməkdaşlığı təcrübəsi Afrikada qeydə alınıb”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR