İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron öz “kişi obrazı”nı belə DARMADAĞIN edir – ŞOK AÇIQLAMALAR

1925 23.03.2024 17:06 Gündəm A A

“Makrona qədər Fransa-Azərbaycan əlaqələri kifayət qədər normal idi. İstər Heydər Əliyevin dövründə, istərsə də ondan sonrakı mərhələdə. Jak Şirakın hakimiyyət illərində, Nikolya Sarkozinin Azərbaycana səfəri və s. Emmanuel Makron hakimiyyətə gələndən sonra isə münasibətlər kəskin pisləşməyə doğru getdi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

SAMİR SON.jpg (198 KB)

Politoloq qeyd edib ki, Makron dünyada imicini ciddi şəkildə itirən dövlət başçılarından biridir:

“Onun son dövrlər atdığı addımlar nəticəsində Fransa Afrikadan qovuldu. Fransa öz nüfuzunu bərpa etməyə cəhd edir, amma bacara bilmir. Makronun yeritdiyi siyasət həm daxildə ona qarşı etirazları artırır, həm də xaricdə sözün əsl mənasında ələ salınır. Makronun ətrafında gülməli bir vəziyyət yaranıb.

Aydın məsələdir ki, Makronun Azərbaycan Prezidenti ilə bağlı qərəzli yanaşması bir kompleksdir. Çünki Azərbaycan Prezidentinin yaratdığı bir imic var. Bu imic Makronun arzuladığı bir imicdir, lakin bunu bacara bilmir. Ona görə də hər addımında bir səhv buraxan Makronun təbii ki, Fransa-Azərbaycan münasibətlərini də bərbad günə qoymasının şahidi oluruq. Belə insanlar süni şəkildə öz ətrafında bir görüntü yaratmaq istəyir, amma onun nəticəsi uğurlu olacaqmı? Həm Fransa daxilində olan media təmsilçilərinin açıqlamalarında, həm də xaricdə olan media orqanlarında artıq Makronun gülüş hədəfinə çevrildiyini görmək olur.

Makron Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirir. Məncə, belə davam etsə, bu, Makronun özü üçün problem yarada bilər. Çünki Qafqazda möhkəmlənmək istəyən Fransa üçün Azərbaycanla qarşı-qarşıya gəlmək uğurlu nəticə verməyəcək. Fransa həm daxilindəki problemlərlə, həm də xaricdə zədələnmiş imiclə bir yerə vara bilməyəcək. Ola bilsin ki, daha sonrakı dövrdə, daha loyal bir şəxs, praqmatik düşünən bir şəxs hakimiyyətə gələndə vəziyyət düzələ bilər. Amma indiki vəziyyətdə bu, mümkün deyil. Makron “Ukraynaya ordu yeridəcəyik” dedi, Zelenski, ABŞ onun cavabını verdi. Yəni Makron bu məsələdə də biabırçılıq yaşadı. Daha öncə bildirmişdi ki, NATO “beyin ölümü” keçirir, sonra başladı təşkilatdan möhkəm yapışmağa. Makron öz dediyini özü təkzib edir. Hətta Azərbaycana qarşı o qədər aqressiyası var ki, Natəvanın heykəlinə belə, tolerant yanaşa bilmədi, ancaq Azərbaycanı tolerantlıq göstərməyə çağırır.

NATAVAN SON .png (1.35 MB)

Bugünkü Fransada baş verən hadisələrin kökündə təbii ki, Makronun yarıtmaz siyasəti durur. Emmanuel Makronun kişi olmaq istəyib, amma ola bilməmə kompleksi onu uçuruma aparır”.

Politoloq Makronun “kişi obrazı” yaratmaq cəhdindən də danışıb:

“Makronun “kişi obrazı” yaratmaq cəhdinin arxasında duran əsas səbəb onun sürətlə aşağı düşən nüfuzu məsələsidir. Ölkə daxilində keçirilən rəy sorğularında artıq Makronun seçkidən öncəki nüfuzu demək olar ki, yarıya qədər aşağı düşüb. İnsanlarda ona qarşı inamsızlıq formalaşıb. Digər tərəfdən, artıq Fransa siyasi eşelonu da onu sorğulamağa başlayıb. Çünki Makron haqqında bəzi foto, videolar ortaya çıxdı. Belə olan halda ölkə daxilində ciddi bir kriz yarana bilər. Əgər bu böhran dərinləşərsə, təbii ki, impiçment məsələsi də gündəmə gələ bilər. Hər nə qədər desək də ki, Fransada bəzi şeylərə adi yanaşırlar, amma Makron dövlət rəhbəri olduğu üçün daha ciddi bir problem ortaya çıxır. Onun təyin etdiyi baş nazir və xarici işlər nazirinin hansı münasibətdə olduğu məlumdur.

HOMO.jpg (550 KB)

Makron “kişi obrazı” yaratmaqla böyük bir siyasətçi, şəxsiyyət olduğunu vurğulamaq istəyir. Məncə, bu, artıq mümkün deyil. Çünki zədələnmiş nüfuzu yenidən bərpa etmək o qədər də asan məsələ deyil. Hətta istəsə belə, onun bərpası mümkün olmayacaq.

Hakimiyyət məsələsinə gəldikdə, Makron 3-cü dönəmə də təkrar gedə bilər, yaxud da hakimiyyətini sona qədər qorumağa çalışar. Çünki tarixdən görürük ki, Fransa inqilabların baş verdiyi bir ölkədir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR