İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Əliyevlə görüşdən sonra təyyarədə bu erməniyə zəng edib - SİRLƏR AÇILIR

2378 28.06.2023 10:32 Son xəbər A A

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana qəzəblidir. Səbəb Paşinyanın Qarabağla bağlı məsələdə Makronun mövqeyini dəstəkləməməsidir.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən sonra Makron “daşnaksütyun” partiyasının üzvü, Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri Murad Papazyana zəng edib və bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil.

“Çünki yalnız o, Qarabağla bağlı mövqe sərgiləyir, digərləri (Şolz, Mişel, Əliyev və Nikol) isə “artsax”ın “ölkə” olmasını inkar edir, bu ərazinin Azərbaycana məxsus olduğunu qəbul edirlər”, - nəşr yazır.

Murad Papazyan məsələ ilə bağlı nəşrin sorğusunu cavablandırmaqdan imtina edib. Fransada nəşr olunan “armactu” saytı da bu haqda yazıb.

“Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra CCAF-ın həmsədri Murad Papazyanla telefon əlaqəsi yaratdığına dair məlumatlar doğrudur. Fransa prezidenti Kişinyovda erməni maraqlarını müdafiə edən yeganə şəxs olub, Şarl Mişel Azərbaycanın mövqeyini müdafiə edib, Paşinyan isə zəif performans göstərib. Makron təyyarəyə minəndən dərhal sonra Murad Papazyana zəng edib və narazılığını bildirib. Çünki Makron erməni maraqlarını müdafiə edən yeganə şəxs kimi pis vəziyyətə düşüb” - sayt yazır.

Ermənistan və erməni diasporunun mediası bu kimi məlumatları Paşinyanı erməni maraqlarını müdafiə etməməkdə ittiham etmək üçün tirajlayır, lakin belə məlumatlar Makronun erməni maraqları naminə “Papadan çox katolik olduğunu” də təsdiq edir. Makron Fransadakı daşnak Papazyana zəng etməsi göstərir ki, Fransa prezidenti erməni diasporunun qarşısında cavabdeh şəxs rolundadır və onun Azərbaycana qarşı bütün hücumlarının sifarişçiləri də daşnaklardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR