İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Bakıya buna görə gəlir - ŞOK DETALLAR

3609 06.09.2023 16:09 Siyasət A A

Elman Nəsirov: “Makron Bakıya gəlib, İlham Əliyevin əlini sıxıb, onunla şəkil çəkdirməyi özünə şərəf sayacaq”

Məlum olduğu kimi, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona zəng etmişdi.

“Köhnə ənənə”sinə sadiq qalan Ermənistan baş naziri bu dəfə də Azərbaycandan şikayət etmişdi. Bunun ardınca Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi yaratdı. İlham Əliyev Ermənistanın əməlləri haqqında danışıb, regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsinə toxunmuşdu. Daha sonra isə Paris meri başda olmaqla, bir qrup fransız “yardım karvanı” adı ilə sərhədimizə gəldi, lakin Azərbaycanın bu “karvanı” buraxmayacağını görüb, Gorus yolu ilə geri qayıtdılar.

Ermənipərəst Fransa Azərbaycanı tez-tez “genosid” ittihamı ilə suçlayır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasında hansısa qətnamənin qəbuluna çalışsalar da, buradan da əliboş geri döndülər. Bütün bu proseslərin sonunda erməni Teleqram kanalları məlumat yayıb ki, Fransa prezidenti Makron İrəvana və Bakıya səfər edəcək.

Bəs bu səfərin səbəbi nə ola bilər? Makron İrəvana və Bakıya niyə gəlir? Bu səfər ərəfəsində sərhəddə toqquşmalar baş verə bilərmi?

elman.jpg (79 KB)

Mövzu ilə bağlı millət vəkili, politoloq Elman Nəsirov Musavat.com-a danışıb:

“Heç kəsə sirr deyil ki, Fransa prezidenti Emmanuel Makron həm İkinci Qarabağ müharibəsi dövründə, həm də müharibədən sonra birmənalı, açıq şəkildə ermənipərəst siyasət yeridir. Təkcə özü deyil, eyni zamanda Fransa parlamenti də eyni mövqedən çıxış edir. Yəni açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər, bu, bəlli həqiqətdir, xüsusi isbata ehtiyac yoxdur. Amma eyni zamanda diqqətdən yayınmayan başqa cəhət var ki, Paris meri öz əshabələri ilə birlikdə istədi ki, Qarabağa “humanitar yardım karvanı”nı göndərsin və bu prosesin başında dayansın, amma bu niyyət də puça çıxdı. Çünki Azərbaycan dövlətinin rəhbərinin olduqca prinsipial və qətiyyətli mövqeyi var idi və gördü ki, bu addımın heç bir səmərəsi olmayacaq, necə ki, BMT Təhlükəsizlik Şurasında niyyətləri iflasa uğradı, Paris merinin də bu addımı iflasa uğradı.

Fransa humanitar yardıma ehtiyacı olmayan Qarabağ ermənilərinə yardım göndərməkdənsə, müstəmləkəsi altında olan Afrika ölkələrinə kömək etsin. O ki qaldı Makronun İrəvana və Bakıya səfər edəcəyi ilə bağlı yayılan məlumatlara, əvvəla, Makron çox gözəl bilir ki, Azərbaycanda onun yeritdiyi region siyasətinə, bu kontekstdə atdığı addımlara həm dövlət, həm də ictimaiyyət səviyyəsində çox mənfi münasibət var.

Belə olan vəziyyətdə Makron Azərbaycana niyə gəlir?

Mənə elə gəlir ki, Makron Bakıda elə bəyanatlar səsləndirə bilər ki, onun qərəzsiz, neytral mövqedə olması əks olunsun və təkcə sözlər, bəyanatlar deyil, bunun ardınca bu istiqamətdə real, obyektiv addımlar atsın, qərəzsiz siyasi gedişlər etsin, bunu əmin addımlarla sübut etsin. Belə olan təqdirdə Fransanın postmüharibə dövrü proseslərində bu və digər iştirakı məsələsinin nəzərdən keçirilməsi mümkündür. Lakin Makron Parisdən səsləndirdiyi fikirləri gəlib İrəvanda da səsləndirəcəksə, hələ bundan sonra Azərbaycana gələcəksə, buna heç bir ad vermək mümkün deyil, bu, nonsensdir. Bütün bu reallıqları nəzərə alıb deyə bilərik ki, Emmanuel Makron Bakıya gələcəksə, korrektə olunmuş bir mövqe ortaya qoyacaq, bir qədər balanslı mövqedən çıxış edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə qətiyyətli, müdrik siyasətçidir. Makron İlham Əliyevlə danışanda bunun fərqindədir və çox gözəl bilir ki, Azərbaycan Prezidenti ilə yalnız səmimi söhbət etmək olar, burada siyasi manevr və manipulyasiyalara yer yoxdur.

Bu günlərdə Macarıstanın xarici işlər naziri Azərbaycan XİN rəhbəri ilə görüşdə qeyd etdi ki, indi Avropanın, Qərbin liderləri sıraya düzülüblər ki, Bakıya getsinlər və Azərbaycan Prezidentinin əlini sıxsınlar, onunla şəkil çəkdirsinlər. Hiss olunur ki, Azərbaycan Prezidentinin qətiyyəti, onun prinsipial mövqeyi Makrona da təsirsiz qalmayıb və yəqin ki, o, Bakıya gələrkən İlham Əliyevin əlini sıxmaqdan qürur duyacaq, Prezidentimizlə yanaşı dayanıb, şəkil çəkdirməyi özünə şərəf sayacaq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR