İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyimi bir daha bəyan edirəm

672 26.05.2026 19:06 Siyasət A A

Emmanuel Makron Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsinə dəstəyini bir daha bəyan edib.

Musavat.com xəbər verir ki, bunu Emmanuel Makron Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bəyan edib.

"Regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim", - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR