İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Avropanın zəifləməsi və məhvi riskindən danışıb

409 25.04.2024 16:40 Dünya A A

Fransa lideri Emmanuel Makron X sosial şəbəkəsindəki hesabında yayımlanan Sorbonnada çıxışı zamanı deyib ki, yaxın gələcəkdə Avropa zəifləmə və hətta ölümlə üzləşə bilər.

Musavat.com xəbər verir ki, prezident deyib: “Növbəti illərdə zəifləmə riskləri böyükdür. Biz aydın başa düşməliyik: Avropa ölümcül durumdadır və ölə bilər”.

O, Avropa İttifaqının böyüməsi və inkişafı üçün yeni strategiyanın hazırlanmasının tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl alman politoloq Aleksandr Rar bildirmişdi ki, Fransa prezidenti Vaşinqtonun Kiyevə dəstəyinin azaldığını görərək anlayır ki, Avropa təhlükəsizliyi təmin etmək üçün daha ABŞ-a arxalana bilməz. Bu baxımdan Makron avropalıları Fransa ətrafında birləşməyə inandırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR