İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Kırmızıgülün Bakı konsertində duyğulu anlar VİDEO

1110 12.03.2023 23:53 Şou-biznes A A

Bu gün Bakı Konqres Mərkəzində türkiyəli məşhur müğənni Mahsun Kırmızıgülün konserti keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkədə baş verən zəlzələ qurbanları üçün təşkil olunan konsertdə maraqlı anlar yaşanıb.

Konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, Azərbaycan gələn yardımları yüksək qiymətləndirib.

M.Kırmızıgül bu səbəbdən Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

Səhnədə aldığı hədiyyələri isə geri döndüyü zaman zəlzələ bölgəsinə gedərək qarşısına çıxan ilk insanlara verəcəyini bildirib.

İfaçı çıxışının sonunda “Annem-annem” mahnısını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR