İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli Xorvatiya çempionu olub

2132 16.05.2022 02:52 İdman A A

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub.

"Report"un məlumatına görə, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR