İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağarada tapılan qeyd həyəcan yaratdı: “Zaman maşını”... - Foto

1602 14.07.2022 10:25 Maraqlı A A

İngiltərədə edilən bir kəşf arxeologiya həvəskarları arasında böyük həyəcan oyadıb.

Teleqraf.com xəbər verir ki, arxeoloqlar bir müddətdir üzərində işlədikləri XIX əsrə aid Çeşirdəki mədənə giriblər.

Təxminən 200 ildir toxunulmaz qalan mədəndəki mühit arxeoloqları heyrətə gətirib.

Arxeoloqlar o zamanlar mədəndə fəhlələrin qoyub getdikləri dəri ayaqqabılar, gil borular, metal düymə və ağır yüklərin sürüşdürülməsi üçün istifadə edilən mexanizm tapıblar.
Üstəlik, mədəndə tapılan qeyd də maraq oyadıb. İlk baxışdan bir fəhlənin adının baş hərfləri kimi görünən qeydin hansı məqsədlə və kimlər tərəfindən yazıldığı araşdırmaçıları düşündürməyə başlayıb. Arxeoloqlar əlyazma üzərində ətraflı araşdırma aparacaqlar.
Araşdırmada iştirak edən Ed Koqlan kəşfi “zaman maşını” adlandırıb:

“Nadir hallarda belə salamat qalmış şəxsi əşyalara və mağaraya rast gəlinir. Bu, keçmişə - mədənçilərin fəaliyyətlərini dayandırdığı zamana qayıtmaq üçün bir pəncərədir”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR