İnsanlara hürriyət, millətlərə istiqlal!

Madriddə separatçılarla bağlı etiraz: 40 min insan küçələrə çıxdı

1150 24.09.2023 18:29 Hadisə A A

Madridin mərkəzində Kataloniya separatçı siyasətçilərinə mümkün amnistiyaya qarşı çoxminlik etiraz aksiyası keçirilib.

Madriddəki hökumət rəsmilərinin TASS müxbirinə verdiyi məlumata görə, mitinqə 40 minə yaxın insan qatılıb.

Nümayişin təşkilatçısı mühafizəkar Xalq Partiyası olub. Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və mümkün amnistiya əleyhinə şüarlar səsləndiriblər. Mitinqə iyulun 23-də keçirilən ümumi seçkilərdə qalib gələn Xalq Partiyasının çoxsaylı nümayəndələri də qatılıb.

Buna baxmayaraq, mühafizəkarlar təkbaşına hökumət qurmaq üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilmədilər. Mühafizəkarların arxasında hökumət başçısı vəzifəsini icra edən Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (PSOE) dayanır.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR