İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstandan Ərdoğana böyük jest - bəs türk liderin xain bədxahları kimlərdir?

1198 02.02.2023 10:50 Siyasət A A

Ekspert: “Türkiyə Prezidentinin Nobel mükafatına layiq görülməsinə o güclər mane olmağa çalışacaqlar”

Ötən ilin sonlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. Həmin vaxt qeyd edilirdi ki, digər dövlətlərin siyasətçiləri və parlamentləri də bu qərarı dəstələyəcək. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ötən ilin dekabrında bu haqda açıqlama vermişdi. O, Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü bildirib: “Bu məsələ ilə bağlı digər ölkələrdən də müraciətlər olacaq”.

Artıq Macarıstan Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürüb. Bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib. Bu təklifin verilməsinə səbəb kimi Türkiyə liderinin Ukraynada sülhə nail olmaq üçün atdığı addımlar göstərilib. Nəzərə çatdıraq ki, Türk və İslam coğrafiyasında Ərdoğanın böyük nüfuzu var və o, faktiki olaraq Türk dünyasının ağsaqqalı statusundadır. Onun Turan ideyası, habelə türk dövlətlərinin birliyi, əməkdaşlığının sıxlaşması yönündə gördüyü işlər çox böyükdür. Eyni zamanda dünyadakı konfliktlərin çözülməsi, barış yaranması üçün də hakimiyyətdə olduğu illərdə ciddi addımlar atıb, töhfələr verib. O, Nobel mükafatına haqq edən bir liderdir.

Təəssüflər olsun ki, Türk və İslam dünyasının inkişafından narahat olan bəzi Qərb və Avropa dairələri Ərdoğanın hətta qarşıdakı seçkilərdə iqtidardan getməsi üçün ağlasığmaz variantları, təxribatları belə nəzərdən keçirir, anonslarını verirlər. Bu baxımdan, onların Ərdoğanın Nobel mükafatını almasına qarşı da çalışacaqları şübhəsizdir. Bu güclər konkret kimlərdir, niyə Ərdoğana qarşıdırlar? Başqa hansı ölkələr Ərdoğanın namizədliyini irəli sürə bilər?

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

 Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti dövründə Türkiyənin sinif ölkədən ilk iyirmiliyə yüksəlməsi, Avropanın lider ölkələrindən birinə çevrilməsi faktı heç də dünyada hər kəs tərəfindən sevinclə qarşılanmır. Ümumilikdə, Türkiyə xalqı buna görə Ərdoğana minnətdardır: “Tarixdə Ərdoğanın hakimiyyəti dövrü Türkiyənin inkişaf dövrü kimi xarakterizə olunacaq. Türkiyənin Osmanlıdan sonrakı dövrdə Ərdoğan hakimiyyətə gələnə qədər bir fakt istisna olmaqla, bütün fəaliyyəti həmişə müdafiə siyasəti formasında olub. Ərdoğan hakimiyyətə gələndən sonra keçən müddətdə isə Türkiyə Yaxın Şərq, Afrika, Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya bölgələrində vacib faktor rolunu oynamağa başladı. Artıq bu gün Türkiyə qlobal səviyyədə güc olaraq qəbul edilir, qlobal oyunçu statusuna yüksəlib. Bu faktı bəzi qlobal güclər həzm edə bilmirlər. Ərdoğanı məhz həmin güclər buna görə istəmirlər, Ərdoğanın Nobel mükafatına layiq görülməsinə də məhz həmin güclər şübhəsiz ki, mane olmağa çalışacaqlar. Həmin güclər Türkiyəni nəzarətlərində olan, dünya siyasətinə müdaxilə edə bilməyən, sözəbaxan ölkə kimi görmək istəyirlər. Ərdoğan uzun illərdir buna imkan vermir. Ona görə də Ərdoğanı sevmirlər. Bu sırada ilk yerdə ABŞ-dakı dairələr dayanır. Nobel məsələsində də əngəllər yaratmağa cəhd edəcəkləri gözləniləndir”.

Y.Hacıyevanın sözlərinə görə, Avropada da Türkiyənin qüdrətli dövlət statusunu qəbul etməyən, Türkiyəni diktə ilə hərəkət edən dövlət kimi görmək istəyən qüvvələr, dövlətlər və təşkilatlar mövcuddur: “Avropada 1957-ci ildə yaradılan Avropa Ölkələri Birliyi adlı təsisat var idi. Bu təsisat daim Türkiyəyə hər fürsətdə onun imperiya tarixini xatırlatmaq və bu tarixi Türkiyəyə qarşı istifadə etmək siyasəti yürüdürdülər. Bu siyasət Avropada hələ də qalır. 40 ildir Avropa Birliyi Türkiyəni üzvlüyə qəbul etmir. Ərdoğan isə Türkiyəni Avropa Birliyinin üzvü olmadan da dünya gücünə çevirmək siyasətini həyata keçirdi və buna nail oldu. Türkiyəni sevməyənlər, türk dünyasının birliyini istəməyənlər Rəcəb Tayyib Ərdoğana bütün gücləri ilə mane olmağa çalışırlar və çalışacaqlar. Bununla belə, Türkiyəni sevən, Ərdoğanı sevən çoxsaylı dövlətlər də var. Yəni Ərdoğanın Nobel mükafatını almasını Macarıstandan başqa da istəyən, bunun üçün müraciət edən dövlətlər meydana çıxa bilər”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR