Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərinin nəticələrinə münasibət bildirib və qalib gələn müxalif siyasətçi Peter Maqyarı təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə Peter Magyar öz sosial şəbəkə hesabında bildirib. O, Viktor Orbanın onu qələbə münasibətilə təbrik etdiyini bildirib
Baş nazir nəticələri qəbul etdiyini nümayiş etdirərək demokratik proseslərə hörmət etdiyini vurğulayıb.
Eyni zamanda seçkilərlə bağlı ilkin rəsmi nəticələr də açıqlanıb. Səslərin 53,45 faizinin hesablanmasından sonra Peter Madyarın liderlik etdiyi qüvvənin parlamentdə 136 mandat qazandığı bildirilir.
Musavat.com






