İnsanlara hürriyət, millətlərə istiqlal!

Lüks avtomobillə küçələri dolaşıb silahları ilə insanları qorxuya saldılar - VİDEO

1211 16.04.2023 17:58 Hadisə A A

İstanbulda 'Daltonlar' kimi tanınan cinayət təşkilatının yeni görüntüləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, görüntülərdə təşkilat üzvlərinin ağır silahlarla küçələrdə avtomobillə hərəkət etməsi yer alıb.

İstanbulda 131 üzvü saxlanılan “Barış Boyun” cinayət təşkilatının lüks avtomobillərin lyukundan çıxaraq silahlarla küçələrdə dolaşdığı müəyyənləşib. 'Daltonlar' kimi tanınan qrup üzvlərinin qorxu yaymaq üçün həmin anların görüntülərini sosial şəbəkədə paylaşdıqları müəyyən edilib.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları ötən gün İtaliyada saxlanılaraq həbs edilən mütəşəkkil cinayət təşkilatının lideri Barış Neckinin rəhbərlik etdiyi şəbəkəyə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 161 şübhəlidən 131-i tutularaq saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR