İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lukoyl”un vitse-prezidentinin ÖLÜM SƏBƏBİ: “Başının ağrıdığını dedi və ofisində..”

1224 14.03.2024 15:55 Dünya A A

Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertus öz ofisində intihar edib.

Bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, onun meyiti Sretenski bulvarındakı ofisdə tapılıb.

“Robertus baş ağrısından şikayətlənib, sonra özünü ofisinə bağlayıb. Bir neçə saat oradan çıxmayıb və zənglərə cavab verməyib. Nəticədə şirkət işçiləri ofisə girmək qərarına gəlib və onun cansız bədənini aşkar ediblər”, - bildirilib.

Qeyd edək ki, Robertusun ölümü barədə məlumat dünən yayılsa da, səbəbi dəqiqləşdirilməyib. Şirkət də öz növbəsində onun ailəsinə və yaxınlarına başsağlığı verib. O, “Lukoyl”da 30 ilə yaxın işləyib və bu müddət ərzində təkcə həmkarları arasında deyil, həm də sənayenin digər nümayəndələri arasında hörmət qazana bilib.

Şəxsi uğurlarına görə Vitali Robertus idarə və dövlət mükafatlarına layiq görülüb./Sfera.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR