İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan ABŞ-yə açıq mesaj: “3 milyarddan aşağı satmaram”

5662 20.03.2026 17:55 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ ilə mümkün “böyük sövdələşmə”nin detallarıyla bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Lukaşenko ölkəsinin ABŞ-yə ən azı 3 milyard dollara mədən satmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məbləğ minimum qiymətdir və real dəyər daha yüksək ola bilər.

“Hökumət ehtiyatları və digər göstəriciləri hesablayacaq, bu isə qiyməti daha da artıracaq”, – deyə Lukaşenko qeyd edib.

Belarus lideri ABŞ-ni tənqid edərək bildirib ki, “onlar zəngindir, amma hər şeyi mümkün qədər ucuz almaq istəyirlər”.

Lukaşenko həmçinin ABŞ prezidenti Donald Trampın onu Floridadakı Mar-a-Laqo iqamətgahına dəvət etdiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər artıq “böyük sövdələşmə” çərçivəsində konkret razılaşmaları müzakirə mərhələsinə keçiblər. Lakin görüşün vaxtı və gündəliyi hələlik açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR