İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko odun yararkən xəsarət alıb

829 20.01.2024 17:00 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko sevimli xokkey komandasının respublika liqasında keçiriləcək bugünkü oyununu buraxmalı olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb onun Belarus-Çin birgə müəssisəsi “Belci”ni ziyarət etdikdən sonra odun yararkən xəsarət almasıdır.

Lukaşenkonun sözlərinə görə, o, odun yararkən onun ayağına 80 kiloqramlıq blok düşüb.

Hadisədən sonra prezident yeriməkdə davam edib, necə deyərlər, isti-isti ağrı hiss etməyib. “Amma sonra ağrı daha da gücləndi", - Lukaşenko deyib.

Qeyd edək ki, gəncliyində kolxoz sədri olan, əl əməyinə alışmış Aleksandr Lukaşenko hələ də fiziki iş görməyi sevir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR