İnsanlara hürriyət, millətlərə istiqlal!

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

2151 19.06.2026 02:29 Maraqlı A A

Qəribə ad daşıyan kənddə yol nişanlarının oğurlanması problemə çevrilib.

Musavat.com xəbər verir ki, Rusiyanın Saratov vilayətində yerləşən Lox kəndində turistlər yol nişanlarını kütləvi şəkildə oğurlayırlar. Yerli sakinlərin sözlərinə görə, indiyədək kəndin adını göstərən 20-dən çox nişan yoxa çıxıb.

Hətta sakinlərin özlərinin hazırladığı əl işi lövhələr belə oğurluqdan xilas ola bilməyib. Turistlər qeyri-adi ad daşıyan kənddən xatirə aparmaq üçün nişanları sökərək özləri ilə götürürlər.

Rayon rəhbərliyi itən göstəricilərin bərpa ediləcəyini açıqlayıb. Bununla yanaşı, kənddə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilib.

Məlumata görə, ilk dəfə olaraq müşahidə kameraları quraşdırılacaq, yeni yol nişanlarına isə GPS izləmə sistemləri yerləşdiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR