İnsanlara hürriyət, millətlərə istiqlal!

London-İslamabad reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

719 03.03.2023 10:32 Hadisə A A

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən “Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR