İnsanlara hürriyət, millətlərə istiqlal!

Lolita "çılpaq ziyafət"də iştirakının səbəbini açıqladı

890 16.03.2024 15:00 Dünya A A

Müğənni Lolita Milyavskaya bloqer Anastasiya İvleyevanın Moskvanın “Mutabor” klubunda təşkil etdiyi “çılpaq ziyafət”ə hansı səbəbdən getdiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu mövzuda “The Newsletter” verilişinə müsahibəsində danışıb.

Sənətçi tədbirdə iştirakını psixikanın müdafiə reaksiyası kimi izah edib. "Biz hamımız əqli, əxlaqi olaraq ölkəmizin gündəmindəyik, amma psixika deyir ki, özümüzü müdafiə etməliyik, hər şey yaxşıdır, dünya sakitdir, hər şey qaydasındadır. Məsələn, mənim o məclisə getməyim dünyadan gizlənmək fürsətlərindən biriydi”, - Lolita deyib.

O, əlavə edib ki, İvleyevanın tədbiri onun həyatının ən darıxdırıcı əyləncəsi olub. "Şənlik zamanı orada olan həmyaşıd dostlarım və mən dedik ki, necə darıxdırıcıdır, gənclər əylənməyi bilmirlər", - deyə müğənni xatırlayır.

Daha əvvəl Lolita "çılpaq məclis"dən sonra İvleyeva ilə əlaqə saxladığını, bir-biri ilə çox diqqətli davrandıqlarını açıqlayıb.

Sözügedən qalmaqallı məclisdən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu mövzuda söz-söhbət hələ də davam edir. Sanki sənətçilərin axşam ziyafətində açıq-saçıq geyinməsi dövlət çevrilişinə cəhd kimi bir hərəkət olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR