İnsanlara hürriyət, millətlərə istiqlal!

"Liverpul" 4 futbolçusu ilə vidalaşıb

783 09.06.2022 15:14 İdman A A

İngiltərənin "Liverpul" klubu futbolçusu Divok Origi ilə yollarını ayırıb.

"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb.

Belçika millisinin üzvü komandanı azad agent qismində tərk edib.

Bundan əlavə, "Liverpul" qapıçı Loris Karius və icarə əsasında başqa komandalarda oynayan Şeyi Odjo və Ben Vudburnla da yollarını ayırıb.

Qeyd edək ki, 2014-cu ildən "Liverpul"da çıxış edən Divok Origi müxtəlif vaxtlarda Almaniya "Volfsburq"una və Fransa "Lill"inə icarəyə verilib. Hücumçu Mersisayd klubu ilə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR