İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva xarici işlər nazirinin “tvit”i - Vilnüs yenə “valı” dəyişdi

1694 11.08.2023 10:12 Siyasət A A

Litvanın bəzi rəsmi şəxsləri ya Azərbaycanla münasibətlərin inkişafında maraqlı deyil, ya da bu maraqlar erməni yalanına qurban verilir

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Tvitter paylaşımına cavab verib. XİN rəsmisi litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb. “Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, - o qeyd edib.

Ayxan Hacızadə bildirib ki, Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib. “Bu arada isə Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə, daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı”, - Ayxan Hacızadə qeyd edib.

Litvanın işğal illərində və müharibə zamanı rəsmi Bakını təmin etməyən qərəzli mövqedə olması bəllidir. Amma Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə ciddi önəm verir. Enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Azərbaycan və Litvanın dövlət başçıları bu il yanvarın 18-də Davosda görüşüblər. Ötən il Litva prezidenti Azərbaycanda səfərdə olub. Bu ilin mayında isə Prezident İlham Əliyev bu ölkəyə səfər edib. Səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin baş naziri xanım İnqrida Şimonite ilə görüş oldu, mühüm sənədlər imzalandı. Həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forum da keçirildi. Bütün bunlar Litva-Azərbaycan münasibətlərinin və əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Amma belə görünür ki, Litvanın bəzi rəsmi şəxsləri ya Azərbaycanla münasibətlərin inkişafında maraqlı deyil, ya da bu maraqlar erməni yalanına qurban verilir.

Vüqar İskəndərov: “Ermənistanın siyasi ekspertləri, deputatları, sadə  vətəndaşları spikeri lənətləyirlər” Pravda.az

 Vüqar İsgəndərov 

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İsgəndərov bu barədə sərt danışdı: “Ümumiyyətlə, 30 ilə yaxın münaqişə dövründə biz, təəssüflər olsun ki, Litvanın bu məsələ ilə bağlı susqunluğunu gördük. Ya da ki, ara-sıra neytrallaşdırıcı fikirlər söyləyirdilər. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bizim Litva ilə əlaqələrimizin yaxın olmasına baxmayaraq, yenə bu cür mövqelərin şahidi olmaqdayıq. Orada səfirliyimiz fəaliyyət göstərir. Azərbaycan hər zaman iki ölkə arasındakı münasibətlərə önəm verib. Qələbəmizdən sonra biz Litvanın, xüsusilə onların xarici işlər nazirinin simasında bu uğurumuza bir qıcığın olduğunun şahidiyik. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti Davosda Litva rəhbəri ilə görüşdü, çox yaxşı münasibətlərin olduğu söylənildi. İki ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin normal məcrada getdiyini göstərsə də, xarici işlər nazirinin artıq bizə ikinci dəfə ”ilişməsini" görürük. Bu adam artıq hiss etdirir ki, Azərbaycan və Türkiyə ilə şəxsi zəmində sanki bir problemi var. Çünki münaqişəyə əgər Litva Azərbaycanın və beynəlxalq hüququn prizmasından yanaşırsa, amma bunun fonunda artıq xarici işlər naziri bu məsələyə belə münasibət sərgiləyirsə, demək, onun şəxsində problem var. Burada xristian təəssübkeşliyi də rol oynaya bilər. İstənilən halda bu, hissinə dövlət maraqlarını qurban verməkdir. Bunu Litva siyasi rəhbərliyi mütləq nəzərə almalıdır. Çünki Litva xarici işlər nazirinin bu tviti dövlətinin maraqlarına uyğun deyil. Ona görə də təəssüfləndiyimizi bildiririk. Düşünürük ki, xarici işlər naziri daha soyuqbaşla düşünəcək, bir siyasətçi kimi dövlət maraqlarından çıxış edəcək və öz tvitini geri çəkərək daha rasional şəkildə həm beynəlxalq hüquqa, həm də Azərbaycanın mövqeyinə hörmət edərək bu konteksdə öz fikirlərini düzəldəcək".

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov: “Öncə təəssüflə deməliyəm ki, ermənilərin Qarabağda ”humanitar böhran" və blokada yalanlarına inananlar həqiqətə və beynəlxalq hüquq normalarına göz yumurlar. Beynəlxalq hüquq və hamılıqla qəbul edilən prinsiplər pozularsa dünyanın nizamı, düzəni də pozular. İstinad etdiyimiz hüquqdan danışırıqsa, o zaman ayrı-seçkilik olmadan bu hüquqlar suveren və müstəqil dövlət olan Azərbaycana da şamil edilməlidir. Azərbaycan beynəlxalq aləmin ayrılmaz subyekti kimi öz sərhədlərində - Laçının girəcəyində Nəzarət Buraxılış Məntəqəsi qoyub. Bu, Azərbaycanın suveren haqqıdır. Bunu siyasiləşdirmək və siyasi alətə çevirmək doğru yanaşma deyil. Humanizmdən dəm vuran Qərb, o cümlədən Litva öz sərhədlərini nəzarətsiz buraxmazlar. Öz ərazilərində qeyri-qanuni başqa dövlətin silahlı dəstələrinin olmasına imkan verməzlər, sərhəd-keçid məntəqəsindən silah-sursat daşınmasına, ekosisteminin dağıdılmasına, təbii sərvətlərinin amansızcasına yağmalanmasına təhammül etməzlər. Ermənilərin bütün bu hərəkətlərinin qarşısının alınmasına beynəlxalq aləm Azərbaycana dəstək vermək əvəzinə, təxribatçıya təcavüzkara, tanaçıya, yalançıya qahmar çıxılır. Litvanın xarici işlər naziri Landsberqisin tviti düzü bir qədər gözlənilməz oldu. Çünki Litva-Azərbaycan münasibətləri yüksək səviyyədədir və rəsmi Vilnüsün da Bakıya qarşı hər hansı bir narazılığı yoxdur. Hər iki ölkə başçıları Davosda görüşüblər, Prezident İlham Əliyevin Litvada işgüzar səfəri uğurlu olub. Litva xarici işlər nazirinin qeyri-obyektiv tviti görünür ya məlumatsızlıqdan, yaxud da hansısa təsirdən qaynaqlanıb. Yeri gəlmişkən bir məsələni də vurğulayım ki, Xarici İşlər Nazirliyimiz əks təbliğat işini düzgün və sistemli qura bilməyib. Ermənistan və onun çox güclü havadarları ilə Azərbaycan arasında gedən indiki diplomatik savaşda diplomatlarımız daha aktiv olmalıdır, eyni zamanda beynəlxalq diasporamız təbliğat və əks-təbliğat məsələsində diplomatlarımıza dəstək , kömək olmalıdır. Əfsuslar olsun ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi indiki məsul dönəmdə ortada yoxdur. Nəticə də, ermənilərin yalanlarına Litva kimi dost münasibətləri olan dövlətin məsul şəxsi də aldanır və bu iki dövlət arasında etimadsızlıq mühiti formalaşdırır. Hesab etmirəm ki, ermənilərin haqsız tələblərini dəstəkləməklə Litva Azərbaycanla münasibətlərinə zərbə vurmaqda maraqlı olsun. Açıq demək lazımdır ki, diplomatik savaşı da Prezident İlham Əliyev təkbaşına aparır. Əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması, təbliğat və əks-təbliğat işləri də onun üzərindədir. Digər rəsmi şəxslərdə, dövlət qurumlarında təşəbbüskarlıq, demək olar ki, yoxdur. Belə olan halda, təbii ki, ermənilər özlərinə yeni-yeni tərəfdarlar cəlb edib məkrli niyyətlərini həyata keçirməyə çalışacaqlar. Məncə, Azərbaycan özünə dost və dost olmayan ölkələri ayırıb münasibətlərini də buna uyğun qurmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR