İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lider" idman klubunu qanunsuz olaraq sökən “Olympus Park” uduzdu - 1.6 milyon ödəyəcək

884 18.04.2023 15:01 Hadisə A A

“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri yekunlaşıb.

Musavat.com xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu qanunsuz olaraq sökdüyünə görə klubun rəhbərinə təzminat ödəməli olacaq.

Razılığa əsasən “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödəyəcək.

Xatırladaq ki, “RS Construction” MMC-nin (“Olympus Park”) çoxsaylı özbaşınalıqları ilə bağlı yerli mətbuatda dəfərlərlə məlumatlar dərc edilib.

“RS Construction” MMC (“Olympus Park”) uzun müddət zərərçəkmiş tərəfin pulunu ödəməmək üçün müxtəlif məhkəmə instansiyalarında işi uzatmağı bacardı. Lakin nəticə “Olympus Park” üçün daha ağır oldu və tikintinin dayandırılması ilə şirkət bir neçə milyon manat da itirdi.

Şirkətin nümayəndəsi və vəkili Eynar Əliyev də məhkəmə iclaslarından birində bunu etiraf etmişdi. Bildirmişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılmışdı.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR