İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lexus”un sürücüsü sürət həddini aşdı, cərimə “Volkswagen”i sürənə gəldi - VİDEO

1025 28.10.2022 18:35 Hadisə A A

Paytaxtda sürət həddini aşdığı üçün bir sürücünün cəriməsi digərinə gəlib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Müraciətdə qeyd olunub ki, "Volkswagen" markalı 939 dövlət nömrə nişanlı avtomobilə 28.10.2022-ci il tarixində Bakı-Qazax yolunun Qazax istiqamətində sürət həddini pozduğu üçün cərimə yazılıb. Şikayətçi bildirir ki, görüntülərdə qaydanı pozan 999 nömrəli "Lexus" markalı minik avtomobilidir. Nəticədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 328.1 (yolda müəyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddəsi əsas götürülərək cərimə yazılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, texniki səhv olub. Müraciət olunduqdan sonra yanlışlıq düzələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR