İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdəki dəhşətli hadisənin səbəbi məlum oldu - YENİLƏNİB

2354 23.04.2023 18:30 Hadisə A A

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və o, hovuza yıxılıb. Nasosun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatını itirib.

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

***

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Hadisə nəticəsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib:

1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR