İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə 5 gündür ki, kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO

676 23.01.2026 18:17 Ölkə A A

Lerik rayonuna yağan güclü qar hazırda bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsini tamamilə kəsib.

Musavat.com xəbər verir ki, aidiyyəti qurumlar yolların açılması istiqamətində işlər aparsa da, rayonda mövcud texnikanın sayı vəziyyətin öhdəsindən gəlmək üçün kifayət etmir.

Məlumata görə, bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilsə də, yol problemi hələ də həllini tapmayıb. Kənd sakinləri bildirirlər ki, rayon mərkəzinə getmək mümkün deyil və xüsusilə xəstəsi olan ailələr çıxılmaz vəziyyətdə qalıb.

Sakinlərin verdiyi məlumata əsasən, Rvarud kəndində artıq 5 gündür rayon mərkəzi ilə əlaqə tamamilə kəsilib. Güclü külək və davam edən əlverişsiz hava şəraiti yol açma işlərini mümkünsüz edir. Vəziyyətin son dərəcə ağır olduğu bildirilir - qar və külək səbəbindən insanlar evlərindən çölə çıxmaqda belə çətinlik çəkirlər.

Eyni vəziyyət Lerik şəhərindən cəmi 2 kilometr məsafədə yerləşən Cəngəmiran kəndində də müşahidə olunur. Güclü külək nəticəsində yollarda təxminən 1,5 metr hündürlüyündə qar yığıntıları formalaşıb və kəndə gedən yol tamamilə bağlanıb. Kənd sakinləri öz vəsaitləri hesabına əraziyə texnika cəlb etsələr də, mövcud texnika yolların açılması üçün yetərli olmayıb.

Hazırda kəndlərdə vəziyyət gərgin olaraq qalır, sakinlər aidiyyəti qurumlardan təcili tədbirlərin görülməsini xahiş edirlər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR