İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan SENSASİON Zəngəzur açıqlaması: Paşinyan yolu bizə vermir – CANLI

865 18.01.2024 15:00 Siyasət A A

İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb. Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib “Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, – məlumatda vurğulanır.

“İran və Pakistan hakimiyyəti regionda mövcud vəziyyəti gərginləşdirməkdə maraqlı deyil”. Rusiyalı politoloq və şərqşünas Yelena Suponina deyib.
“İndi bütün bölgə silkələnəcək. Bu “Pandora qutusu”nu amerikalılar açıb, onlar uzun müddətdir ki, müxtəlif ölkələrdə fərqli hədəfləri öz təhlükəsizliyinə təhlükə görəndə vururlar.
İndi başqaları da onlardan nümunə götürürlər. Amma nə Tehran, nə də İslamabad vəziyyəti vaxtaşırı zərbə mübadiləsinə çatdırmaq istəyir, çünki bu, çox asanlıqla regional toqquşmaya səbəb ola bilər”, - o bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Paşinyanın regiondakı tranzit şəraiti ilə bağlı açıqlamalarında məntiq görmədiyini deyib. O, 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, Paşinyanın Ermənistan ərazisindən tranzit üçün Azərbaycandan Naxçıvana İran ərazisindən tranzitdə istifadə olunacaq eyni şərtlərin olmasını istəməsində heç bir məntiq yoxdur: “Bu marşrutları müqayisə etmək yersizdir”.

“Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur, onun parametrləri üçtərəfli sazişlə müəyyən edilib. Marşrut Rusiya FTX-nin sərhəd xidmətinin nəzarəti altında olan Ermənistanın suveren ərazisindən keçir. Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan bölgəsinə çıxışı zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb”, - Lavrov bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran-Pakistan hadisələrini və Lavrovun açıqlamalarını təhlükəsizlik eksperti Alp Arslan İmamqulu ilə dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR