İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçından sonra hədəfdə bu ərazilər...Fuad Abbasovla CANLI

822 09.08.2022 11:50 Gündəm A A

“İndiki çətin şəraitdə Ermənistan üçün imkan pəncərəsi ancaq hakimiyyət dəyişikliyi ilə açıla bilər. Əks halda Azərbaycan İrəvana qədər irəliləmək üçün legitim zəmin hazırlayır və vəziyyətin imkan verdiyi qədər irəli gedəcək”.

Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. Abramyan kimilərin təlaşı əslində haqlıdır. Azərbaycan Ordusunun İrəvana kimi gəlməsi üçün tarixi və hüquqi zəmin də var. Ancaq kapitulyant ölkədə yaşanan və getdikcə güclənən bu təlaşdan etibarlı şəkildə qurtulmağın tək yolu məlum: Ermənistanın vaxt itirmədən Azərbaycanla Bakının irəli sürdüyü 5 bəlli prinsip əsasında sülh müqaviləsi imzalaması, iki qonşu ölkənin bir-birinin ərazi bütüövlüyü tanıması. Bu barədə Azərbaycan rəhbərliyi dəfələrlə İrəvana müraciət və çağırışlar edib: Qarabağdan imtina edib, Ermənistanı xilas eləmək, Ermənistanı qazanmaq.

Ermənilər isə hər ikisini istəyirlər. Bu da heç vaxt mümkün olası deyil. Başqa sözlə, radikal-revanşist abramyanların iddia elədiyi kimi, Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə heç nə dəyişməyəcək. Dəyişə bilməz. Bunu bütün erməni radikalların öz qulaqlarında sırğa eləməsi lazım.
Bəs Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamağa niyə tələsmir? Qarabağ onsuz da əldən çıxıb, heç olmasa Ermənistanı xilas edə biləcəkmi? Revanşistlər imkan verəcəkmi? Laçındsan sonra hədəf haradır? Laçın dəhlizinin bizim nəzarətimiz altında olması və buna alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, artıq ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq. Bu da gələcəkdə ola biləcək terror aktları cəhdlərinin qarşısını almaq deməkdir.

TV Musavat-ın saat 12:00-da canlı yayınında aparıcı Emil Salamoğlu “Həftə içi” proqramında “Misra tv” rəhbəri Fuad Abbasovla gündəmi müzakirə edirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR