İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında hind filmi çəkiləcək? - Açıqlama

1100 28.06.2024 21:12 Ölkə A A

“Hindistanlı prodüserlər Laçında fəaliyyət göstərən “Hoçazfilm” kinostudiyası ilə əməkdaşlıqda maraqlıdırlar”.

Musavat.com xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O bildirib ki, unikal yaradıcılıq mərkəzi olan “Hoçazfilm” kinostudiyası bütövlükdə Qarabağ və Şərqi Zəngəzur regionunda yaradılmış ilk yaradıcılıq məkanıdır: “Hoçazfilm” yaradıcılıq studiyasının direktoru Amil Amaldır. O, rejissor kimi filmlərin quruluşuna öz töhfəsini vermişdir. Laçın təbiətinin ecazkarlığı yerli və xarici film istehsalçıların marağına səbəb olub. Bu, kino sənayemizə beynəlxalq marağı təsdiqləyir. Ümid edirik ki, daha çox prodüser mərkəzləri “Hoçazfilm”in layihələrinə diqqət yetirəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR