İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolunda ÇADIRLAR quruldu, GƏRGİNLİK pik həddə - qarşıdurma yaşandı - detallar “Canlı debat”da

1521 12.12.2022 13:31 Gündəm A A

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanlar da xidmət edirlər.

Musavat.com xəbər verir ki, bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb.

Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.

Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.

Hadisə yerində olan "Yeni Müsavat"ın redaktoru Elşad Məmmədli bildirib ki, sülhməramlıların bu gün aksiyaya çıxan nümayəndələrinin arasında 3 erməni olub.

Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızı ilə “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR