İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurtulmuşu Azərbaycana səfərində Erbaş da müşayiət edəcək

778 11.07.2023 18:29 Siyasət A A

Xəbər verdiyimiz kimi, iyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Musavat.com-un xəbərinə görə, Numan Kurtulmuşu Azərbaycana səfərində “Yeni Müsavat” Media Qrupunun və Azərbaycanın yaxın dostu, Azərbaycan sevdalısı, MHP Kütahya millət vəkili Ahmet Erbaş da müşayiət edəcək.

Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR