İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə yaşayaraq özünü cəzalandıran ağsaqqal danışdı - VİDEO

656 27.12.2023 10:15 Gündəm A A

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.

Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:

“Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. Üç-dörd aydır bu vəziyyətdə yaşayıram”.

Küçədə yaşayan şəxs “yaxşı adam deyiləm, həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin” deyərək sığınacağa yerləşdirilmək təklifindən imtina edib.

Ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR