İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə anasını qətlə yetirən yeniyetmə ilə bağlı yeni XƏBƏR FOTO eksklüziv

9328 20.04.2022 14:20 Kriminal A A

 

 

Daxili İşlər Nazirliyindən Musavat.com-a  bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmin şəxs isti izlərlə tutularaq istintaqa cəlb olunub.

 

***

Bakıda qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, "Neftçilər" metrostansiyasının yaxınlığında (Nizami rayonu) 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürüb. 

Ülviyyə İsmayılovanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə İdeal Məmmədzadə öncə anasına bir bıçaq zərbəsi (mətbəx bıçağı ilə) vurub. Anası qışqıraraq qaçdıqda ikinci bıçaq zərbəsini də vurub, məktəbli çantasını və hadisəni törətdiyi bıçağı kənara ataraq qaçıb. 

Hadisədən qısa müddət sonra Ülviyyə İsmayılova hadisə yerində dünyasını dəyişib. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Musavat.com

25252.jpg (336 KB)

SDSSD.jpg (487 KB)

SDSDSDDS.jpg (456 KB)

565656.jpg (386 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR