İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə 18 yaşlı gənci tapança ilə öldürdü- Dəhşətli qətlin ANBAAN GÖRÜNTÜLƏRİ

2160 04.09.2022 13:34 Kriminal A A

Türkiyənin Beşiktaş bölgəsində, küçənin ortasında dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aptekdə çalışan 18 yaşlı Burak Arat sifariş edilən dərmanı xəstəyə aparan zaman onunla düşmənçiliyi olan bir şəxs yanına gəlib. Şəxs onu danışmaq bəhanəsi ilə çölə çıxarıb və mübahisə etməyə başlayıb. Daha sonra o, silahını çıxararaq Burak Arata tuşlayıb. Burat Arat silahı gördükdə qaçmağa başlayıb. Dalınca düşən şəxs ona 5 əl atəş açıb. Daha sonra motosikletinə minərək ərazidən uzaqlaşıb.

Burak Arat dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlin törədilmə anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən yaddaşa alınıb. Kadrlardan da görünür ki, gənc küçədə qaçmağa başlayır. Bir müddət sonra kürəyindən güllə yarası alır və yerə yıxılır. Bir neçə metr yerdə sürünəndən sonra isə hərəkətsiz vəziyyətdə qalır.

Qətlə yetirilən gəncin bir neçə gün əvvəl bir nəfəri tapança ilə yaraladığı müəyyən edilib. Həmin yaralı gəncin böyük qardaşının qisas almaq planı quraraq Burak Aratı öldürdüyü müəyyən edilib. İşlə bağlı araşdırma başladılıb.

Həmin anların videosunu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR