İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminal avtoriteti Məsimovla nə birləşdirir?

2443 07.01.2023 15:17 Kriminal A A

Dövlət çevrilişində ittiham olunan Vəhşi Arman ləqəbli Arman Cumageldeyiv vaxtilə “qanini oğru” Quli ilə yaxınlığı ilə tanınırdı

Ötən ilin yanvarında dövlət çevrilişinə cəhdin təşkilatçılarından biri kimi saxlanılan kriminal avtoritet Arman Cumageldiyev (Vəhşi Arman)ən azı bu ilin martına qədər həbsdə qalacaq. 2023-cü ilin yanvarın 6-da Almatı şəhər Məhkəməsi onun həbs müddətinin uzadılması ilə bağlı qərar verib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıya yayılıb: orada qarətlər törədilib, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatı keçirib. Ölkə Baş Prokurorluğunun son məlumatlarına görə, iğtişaşlar nəticəsində 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 238 nəfər həlak olub.

WhatsApp Image 2023-01-07 at 14.59.10.jpeg (103 KB)

Arman Cumageldiyev Qazaxıstanda dövlət çevrilişini təşkil edən ölkənin Milli Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Kərim Məsimovun sifarişlərini yerinə yetirməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunur. O, mütəşəkkil cinayətkar dəstəsinin üzvləri ilə birlikdə xüsusi əməliyyat zamanı saxlanılıb. Onlardan müxtəlif markalı və çaplı 4 ədəd yarımavtomat tapança, döyüş sursatı, zirehli silahlar və bir zirehli avtomobil götürülüb.

Rəsmi ittihama görə, onun qrupunun üzvlərinə Almatıdakı "Qazaxıstan" mehmanxanasında "Qlok" və "Makarov" tapançaları paylayıb. Onlar 10 nəfərdən ibarət qruplara bölünüb, cinayətlərdə rollarını müəyyənləşdiriblər. Onlara odlu silah və 200 min təngə veriblər. Bir-birini tanımaları üçün qollarında ağ sarğı bağlayıblar. Şəhərin müxtəlif yerlərindən gələn bu silahlı cinayətkar qruplar müxtəlif əməllər törədiblər.

WhatsApp Image 2023-01-07 at 14.59.09.jpeg (420 KB)

Arman Dikiy mərhum “qanuni oğru” Nadir Səlifovun(Lotu Quli) öldürülməsindən bir müddət əvvəl onun ətrafında peyda olmuşdu. Azərbaycanlı “qanuni oğru”nun sonuncu ad gününə Vəhşi Arman üzərində Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olan tort hədiyyə etmişdi. O, Qulinin yanında “qanuni oğru” Quram Çixladzeni şillədiyi üçün cinayət aləmin diqqətini üzərinə çəkmişdi. Kriminal aləmdə ciddi səs-küy doğuran bu məsələyə həbsdə olan Şakro Molodoy ləqəbli Zaxari Kalaşov da qarışmışdı, Quramdan üzr istənilməsini tələb etmişdi. Amma Quli “qanuni oğru”nu vurmuş Armanın məsələsini “sxodka”ya cıxarmışdı. “Sxodka”da iştirak edən Vəhşi Arman öz hərəkətini izah etmişdi. Qulinin qətlindən sonra o, Namiq Bakinski ilə yaxınlaşıb.

Arman Cumageldiyev yaxın keçmişə qədər kriminal aləmdə tanınmayıb. Xəbərlərə görə, o, vətənində 2005-ci ildən tanınmağa başlayıb. Hələ uşaq yaşlarından boksa gedən Arman Vəhşi ayamasını da rinqdə qazanıb.

2005-ci ildə başına topladığı 70-80 adamla müxalifətin keçirdiyi mətbuat konfransına basqın edib, oradakıları döyüblər, Nazarbayevə qarşı çıxanları “xalq düşməni” adlandırıblar. Bu hadisədən sonra onun dəstəsinin hökumətə və ya xüsusi xidmət orqanlarına bağlılığı haqda iddialar yayılıb.

Ölkəsində ciddi rezonans doğuran bir cinayətə görə Arman Cumageldiyevə cəmi bir il şərti cəza verilməsi bu şübhələri daha da artırıb. Vəkili Armanın cinayətlərdə əli olduğunu inkar edir, təxribatçı qrupları sakitliyə çağırdığını deyirlər.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR