İnsanlara hürriyət, millətlərə istiqlal!

Eminin nənəsi və bacısı festivalda - FOTOLAR

599 27.07.2026 17:51 Şou-biznes A A

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə Bakıda dörd gün davam edən "Dream Fest" beynəlxalq musiqi festivalı başa çatıb.

Musavat.com xəbər verir ki, paytaxtda keçirilən və dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları bir araya gətirən festival təkcə möhtəşəm konsert proqramı ilə deyil, qonaqları ilə də diqqət çəkib.

Tədbirdə Emin Ağalarovun ailə üzvləri də iştirak ediblər. Festivalı izləyənlər arasında sənətçinin anası İrina Ağalarova, bacısı Şeyla Ağalarova və nənəsi Tamara Fyodorovna da yer alıblar.

Ailə üzvləri konsert proqramını VIP zonadan izləyərək festivalın ab-havasını bölüşüblər. Onların səmimi görüntüləri tədbir iştirakçılarının da diqqətini çəkib.

Qeyd edək ki, "Dream Fest" çərçivəsində dörd gün ərzində yerli və xarici ulduzların iştirakı ilə rəngarəng konsert proqramları təqdim olunub. Festival həm Azərbaycan tamaşaçıları, həm də ölkəyə gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Bakının yay mövsümünün ən möhtəşəm musiqi layihələrindən biri kimi yadda qalıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR