İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika NATO-da Çinə casusluq edən kanadalını saxlayıb

312 27.07.2026 18:22 Dünya A A

Belçikanın Mons şəhərində, NATO-nun Avropa Ali Müttəfiq Komandanlığının (SHAPE) qərargahının yerləşdiyi yerdə, bir qadın casusluq ittihamı ilə həbs edilib.

Musavay.com xarici mediaya istinadla xəbər verir ki, Belçika prokurorunun açıqlamasına görə, Çin əsilli Kanada vətəndaşı bu strukturda praktikanr olub. Belçika hakimiyyəti qadının qanunsuz işləməkdə şübhəli bilindiyi ölkənin adını çəkməyib. Prokurorun açıqlamasında yalnız onun "üçüncü ölkə üçün işlədiyi və cinayətkar qrupun üzvü olduğu" bildirilib. Buna baxmayaraq, Çin kəşfiyyatı ilə Qərb əks-kəşfiyyat agentlikləri arasında artan qarşıdurma ilə bağlı mediada müzakirələr davam edir.

Şübhəli şəxs Kanada vətəndaşı olduğundan, jurnalistlər Kanada kəşfiyyat orqanlarından şərh istəyiblər. Ottava istintaq davam edərkən şərh verə bilməyəcəyini bildirib. Bu, hər cür fərziyyələrə səbəb olub.

Monsda NATO-nun 32 ölkəni birləşdirən ittifaq üçün bütün hərbi əməliyyatların planlaşdırılması və icrasından məsul olan əməliyyat komandanlığının qərargahı yerləşir. Bütün NATO silahlı qüvvələrinin rəhbəri general Aleksus Qrinkeviçin ofisi də burada yerləşir. NATO-nun baş katibi Mark Rutte Monsda tez-tez qonaq olur. Casusun məxfi məlumatlara birbaşa çıxışı olmasa belə, onun belə bir yerdə olması kəşfiyyat orqanları arasında ciddi narahatlıq yaradıb.

Əks-kəşfiyyat çinli qadının iş yerində və yaşayış yerində axtarış aparıb. Kanadanın kəşfiyyat xidməti dərhal onun haqqında bütün məlum bilgiləri Belçikadakı həmkarlarına ötürməyə hazır olduğunu bildirib.

Monsdan gələn məlumatlar ABŞ hökumət qurumlarından Çinə və daha geniş şəkildə Rusiyaya qarşı ittihamlara səbəb olub. Dövlət Departamenti Pekin və Moskvanın Kubada ABŞ ərazisində elektron kəşfiyyat aparmaq üçün istifadə etdikləri üç əraziyə sahib olduğunu açıqlayıb. Bu cür iddialar yeni deyil və bir çox müşahidəçinin illərdir qorxduğu kimi, ABŞ-mim Kubaya hərbi müdaxiləsi üçün əsas ola bilər.

Buna baxmayaraq, Vaşinqton Çini əsas potensial düşmən kimi görür və bu, həmin vaqiədə də özünü göstərir. Bu hadisə kiayət qədər ajiotaj doöurub və bu, Amerikanın Çinə qarşı casusluq texnikaları haqqında mediada xəbərlərin yayılmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR